
Türkiyə və Ermənistan sərhədləri açılır? - Ermənistan NK açıqladı
Türkiyə prezidenti və Ermənistan Baş naziri arasında Praqada görüş baş tutub.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Görüş ərzində tərəflər iki dövlətin xüsusi nümayəndələri arasında aparılan müzakirələr zamanı əldə edilmiş razılaşmaların sürətlə həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Xüsusilə, Türkiyə və Ermənistan arasında birbaşa hava yüklərinin daşınması, üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması ilə bağlı razılaşmalar əldə edilib” –deyə, məlumatda qeyd olunub.
Busaat.az























