Türkiyə və Macarıstanın müqavimətinə baxmayaraq, İsveç NATO-ya üzv olacaq – Yens Stoltenberq

image-default-7backend

İsveç Türkiyə və Macarıstanın müqavimətinə baxmayaraq, NATO-nun üzvü olacaq.

Busaat.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində bildirib.

O, CNN müxbiri Becky Andersona deyib: “Mən əminəm ki, İsveç NATO-ya üzv olacaq, ona görə deyil ki, bütün NATO müttəfiqləri, o cümlədən Türkiyə İsveçi Madriddə keçirilən sammitimizə qoşulmağa dəvət edib” .

Stoltenberq, həmçinin Ukraynanın ehtiyaclarını ödəmək üçün sursat istehsalını artıracağına söz verib: “İndi bu, logistika müharibəsinə çevrilib. Biz hasilatı artırmaq üçün müdafiə sənayesi ilə sıx əməkdaşlıq edirik, Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

Qeyd edək ki, Finlandiya aprelin 4-də NATO-nun rəsmi üzvü olub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki