Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 502 $▼3.99%
  • Ethereum1 834 $▼4.86%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

image-default-2023-08-02t160447-897
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Busaat.az xəbər verir ki, telefon danışığı  zamanı Rusiya-Türkiyə çoxşaxəli əməkdaşlığının müxtəlif istiqamətləri üzrə dialoq davam etdirilib.

Putin Qara dəniz limanlarından Ukrayna taxılının ixracına dair “paket” sazişlərinin fəaliyyətinin dayandırılması, Rusiya ərzaq və gübrələrinin tədarükünün qarşısının alınması ilə bağlı Rusiyanın prinsipial mövqeyini təqdim edib.

Bildirilib ki, “taxıl sazişi”nin Rusiya hissəsinin həyata keçirilməsində tam tərəqqi olmadığı üçün onun uzadılması mənasızdır.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Qərb Rusiya qarşısında bütün öhdəliklərini praktiki olaraq yerinə yetirən kimi İstanbul razılaşmalarına qayıtmaq mümkündür.

Qeyd edilib ki, ərzağa daha çox ehtiyacı olan ölkələrin tələbləri nəzərə alınmaqla, Rusiyadan buğda tədarükü üçün etibarlı variantlar hazırlanır.

Bundan başqa, prezidentlər  ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsi, eləcə də turizm sektorunda əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini diqqət mərkəzində saxlayıblar.

Ərdoğan öz növbəsində Türkiyədə  meşə yanğınlarının söndürülməsinə verdiyi dəstəyə görə Putinə və Rusiya xalqına minnətdarlığını bildirib.

Sonda prezidentlər mümkün görüşə hazırlıq kontekstində təmasların davam etdirilməsi barədə razılıa gəliblər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116910