
Türkiyə və Yunanıstan müdafiə nazirləri arasında telefon danışığı olub
Türkiyənin Müdafiə naziri Yaşar Gülərin yunanıstanlı həmkarı Nikos Dendias ilə telefon danışığı olub.
Busaat.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Nazirlər telefon danışığı zamanı NATO-nun Vilnüs Zirvə Toplantısı zamanı “etimad quruculuğu tədbirləri görüşlərinin” bərpası və müvafiq detalların müzakirəsi barədə razılığa gəliblər.
Hər iki nazir yeni vəzifələrinə görə bir-birini təbrik ediblər və iki ölkə arasında münasibətlərdə müsbət gündəmin qorunmasının və dialoq kanallarının açıq saxlanmasının vacibliyini qeyd ediblər.
Busaat.az























