
Türkiyə XİN-dən sərt mövqe: “Bu regiondakı sülhə mənfi təsir edəcək“
“Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Cənubi Kipr Respublikasına qarşı nəzərdə tutulan silah embarqosunu ləğv etməsini şidətlə qınayır”.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Nazirlikdən edilən yazılı açıqlamada, Türkiyənin Şimali Kipr Türk Respublikası hökumətinin sözügedən qərara reaksiyasına tam dəstək verdiyi vurğulanıb. Qeyd edək ki, ABŞ 2023-cü maliyyə ili üçün Cənubi Kiprə silah embarqosunu ləğv etməyi nəzərdə tutub.
“Adada iki tərəfin bərabərliyi prinsipinə zidd olan və Cənubi Kipr Rum tərəfini daha da aqresivləşdirəcək bu qərar, Kipr probleminin həlli səylərinə mənfi təsir edəcək, adada silahlanma yarışına səbəb olacaq, sülh və sabitliyə zərər verəcək. Sizi adada iki tərəfə qarşı balanslaşdırılmış siyasəti nəzərdən keçirməyə və izləməyə dəvət edirik. Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ, Kipr türk xalqının 1959-1960-cı illərdə imzalanan anlaşmalarla təsdiqlənmiş suveren bərabərliyini və beynəlxalq statusunu qeydə almalıdır” – deyə, Türkiyə XİN-in açıqlamasına bildirilib.
Açıqlamada həmçinin, Türkiyənin qarant ölkə olaraq Kipr türklərinin varlığını, təhlükəsizliyini və bölgədə sülhü təmin etmək üçün üzərinə götürdüyü tarixi və hüquqi öhdəlikləri yerinə yetirmək üçün lazımi addımlar atmağa davam edəcəyi vurğulanıb.
Busaat.az























