
Türkiyə XİN Ermənistanı qınadı
Xarici İşlər Nazirliyi Ermənistanda Osmanlı siyasi və hərbi liderlərinin və Azərbaycan rəsmilərinin qətlinin səbəbkarlarına həsr olunmuş abidələrin açılmasını qətiyyətlə pisləyib.
Nazirlik Ermənistanın paytaxtı İrəvanda açılan “Nemesis abidəsi” ilə bağlı yazılı açıqlama verib.
Busaat.az xəbər verir ki, açıqlamada deyilir:
“Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi liderlərinə, o dövrün Azərbaycan rəsmilərinə və hətta bəzi Osmanlı vətəndaşlarına qarşı sui-qəsdlərin günahkarlarına həsr olunmuş “Nemesis abidəsi”nin açılmasını qətiyyətlə pisləyirik”.
Bəyanatda vurğulanıb ki, bu biabırçı abidənin açılışı 31 diplomatın və onların ailə üzvlərinin həlak olduğu dəhşətli terror aktlarına səbəb olan qanlı terror aktının tərənnümüdür.
Bəyanatda qeyd edilir ki, bu hadisənin erməni mətbuatında təqdim olunması bəzi düşüncələrdə tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsirinin hələ də davam etdiyini göstərib və aşağıdakılar qeyd edilib:
“Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə kömək etməyəcək, əksinə, normallaşmaya mənfi təsir göstərəcək”.
Busaat.az























