Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 466 $▼4.04%
  • Ethereum1 829 $▼5.09%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyə Yunanıstana sərt xəbərdarlıq etdi: “Qoşunlarınızı çıxarın”

image-kalin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Yunanıstana xəbərdarlıq edib ki, Yunanıstan öz qoşunlarını Ege dənizinin şərqindəki adalardan çıxarmasa, Ege dənizi və Şərqi Aralıq dənizi regionunda özünün xüsusi iqtisadi zonasının (EEZ) sərhədlərini birtərəfli qaydada demarkasiya edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə iddia ilə Yunanıstanın pronews.gr informasiya portalı məlumat yayıb.

Məlumata görə, Türkiyə ilk dəfə olaraq Yunanıstanı “Lozanna (1923) və Paris (1947) müqavilələri ilə bağlı legitimliyi bərpa etmək” tələbi ilə (1923) Ege dənizi və Şərqi Aralıq dənizində birtərəfli qaydada EEZ-in sərhədlərinin demarkasiyasına başlayacağı barədə xəbərdarlıq edib. Müqavilələrə baxmayaraq, Yunanıstanın silahlı qüvvələri Ege dənizinin şərq hissəsindəki adalardan və Oniki Adalardan çıxarılmır.

Portal bildirir ki, bu xəbərdarlığı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Yunanıstan baş nazirinin diplomatik ofisinin direktoru Anna-Mariya Boura ilə Almaniya kanslerinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Ploetnerin iştirak etdiyi görüşdə edib. Görüş cümə günü Brüsseldə keçirilib, lakin media qurumları bu barədə yalnız bazar günü xəbər tutub, çünki nə Yunanıstan, nə də Türkiyə bu barədə hər hansı bir rəsmi məlumat verib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94529