Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.88 $▲1.24%
  • WTI neft85.57 $▲0.66%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.191 $▲3.37%
  • Qızıl3 857 $▼0.52%
  • Gümüş47.44 $▼0.11%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 334 $▼0.74%
  • Ethereum1 808 $▼0.60%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Türkiyədə 200 minlik avtomobillə qəzaya düşən azərbaycanlı kimdir? - VİDEO - FOTO

image-1011322
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin Beşiktaş şəhərində azərbaycanlı iş adamı kimi təqdim edilən şəxs lüks “Mercedes” markalı avtomobillə qəza törədib.

Busaat.az xəbər verir ki, hadisə gecə yarısı Balmumcu Mahallesi, Barbaros Bulvarı ərazisində baş verib.

Belə ki, Rəfail Əliyev Azərbaycan dövlət nömrə nişanlı 99-MB-888 lüks avtomobiliylə Zincirlikuyu istiqamətindən Beşiktaş istiqamətinə gedərkən idarəetməni itirərək Oktay Arayın istifadə etdiyi 34-TAB-06 nömrəli taksi ilə toqquşub.

Nəticədə toqquşmanın gücündən havaya uçan taksi əvvəlcə yol kənarındakı baryerlərə, daha sonra dayanmış 34-LJA-221 dövlət nömrə nişanlı avtobusa dəyib. Zərbənin gücündən sürücü pəncərədən taksisinin altına düşüb.

Qəza yerinə xilasedicilər, təcili yardım və polis əməkdaşları cəlb edilib. Taksinin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı vətəndaşların köməkliyi ilə avtomobilin altından çıxarılıb. Yaralı sürücü təcili yardımla xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Beşiktaşda qəzaya düşən “Mercedes-Benz C43” markalı dövlət nömrə nişanı 99 MB 888 olan avtomobilin sahibi Suraxanı rayon sakini Əliyev Rafail Şakir oğludur. Avtomobilin bazar dəyəri 127 min dollardır.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=68342