
Türkiyədə 200 terror hücumunun qarşısı alınıb - Soylu
Təhlükəsizlik qüvvələrimiz tərəfindən 200 terror aktının qarşısı alınıb.
Busaat.az xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu dedyib.
“İlk dəfə terror ölkə gündəmində diqqətdən kənarda qalıb. Bilinməlidir ki, Türkiyə Cümhuriyyəti hər şeyi bilir, o cümlədən dağdakı terrorçunun ayaqqabı ölçüsünü də. Son 12 ayda təhlükəsizlik qüvvələrimiz tərəfindən 200 terror aktının qarşısı alınıb. 2016-2022-ci illər arasında zərərsizləşdirilən 1248 terrorçudan 393-ü ifadələrində HDP vasitəsilə PKK-ya qoşulduqlarını bildirib” – deyə, Soylu qeyd edib.
Soylu sözlərinə əlavə edib: “Mersində və İstiqlal küçəsindəki hücum da Münbicdən təşkil edilib. İstiqlal küçəsindəki hücum PKK-nın mülki vətəndaşları hədəf alan tipik hücumudur”.























