
Türkiyədə 5,4 bal gücündə zəlzələ baş verib
Türkiyənin Muğla bölgəsində yerləşən Datça rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) saytında məlumat dərc olunub.
Məlumata görə, saat 02:25-də episentri Muğlanın Datça mahalı olan 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Açıqlamada zəlzələnin 48 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Busaat.az























