
Türkiyədə ardıcıl güclü zəlzələ oldu
Türkiyənin Bolu şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
Busaat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin təxminən 8,13 kilometr dərinliyində qeydə alınıb.
***
Türkiyənin Van əyalətinin Başqala rayonunda 5,3 maqnitudada zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Zəlzələ 15,25 km dərinlikdə meydana gəlib.
Məlumata görə, yeraltı təkanların mərkəzi Güney Azərbaycanın Xoy şəhəridir.
***
Boluda 3,9 bal gücündə növbəti zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla 19:36-da meydana gələn təkanların dərinliyi 7,1 km olub.























