Türkiyədə bina uçdu, dağıntılar altında qalanlar var Canlı+Yenilənir

image-malatyabackend

Türkiyənin Malatya şəhərinin İnönü rayonunda ikimərtəbəli bina uçub.

Busaat.az  Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altında xeyli sayda insan qalıb. Hadisə yerinə xilasedicilər, təcili yardım maşınları göndərilib.

Hazırda 2 nəfərin dağıntılar altından yaralı halda çıxarıldığı bildirilir.

Məlumata görə, binanın birinci mərtəbəsində restoran fəaliyyət göstərib. Uçqunun səbəbi hələlik bilinmir.

***

Dağıntılar altından 8 nəfər çıxarılıb. Onlar xəstəxanaya yerləşdirilib.

***

Uçqun altından yaralı halda çıxarılanların sayı 9 olub. Dağıntılar altında ümumilikdə 20 nəfərin qaldığı ehtimal olunur.

***

Dağıntılar arasından 11 nəfər yaralı halda çıxarılıb. Qəzaya səbəb kimi təmir işləri zamanı səhvə yol verilməsi göstərilir. Binanın 50 yaşı olub.

 






Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki