Türkiyədə COVID-19-a qarşı eyni anda 13 vaksin hazırlanır

Türkiyədə COVID-19-a qarşı eyni anda 13 vaksin hazırlanırbackend

Türkiyədə yeni növ koronavirus infeksiyası əleyhinə eyni anda 13 vaksin hazırlanır.

Busaat.az “TASS”a istinadən məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Türkiyədə 13 vaksinin yaradılması istiqamətində işlər davam etdirilir. Üç halda heyvanlar üzərində sınaqlar başa çatıb”, – o, Ankaradakı mətbuat konfransında vurğulayıb.

Bununla yanaşı, avqustun əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, vaksinlərdən birinin istehsalçıları onun insanlar üzərində kliniki sınaqdan keçirilməsi üçün icazə alıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90