
Türkiyədə dağıntılar altından çıxarılan heyvanlar üçün çadır quruldu - FOTO
Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə heyvanlar da zərər çəkib. 10 əyalətdə dağılmış binaların dağıntıları altından insanların həyatını xilas etmək üçün mübarizə aparan qruplar heyvanları da xilas etməklə məşğuldur.
Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hatayda xarabalıqlardan çıxarılan və sahiblərindən uzaq düşən it və pişiklər üçün müxtəlif vilayətlərdən heyvansevərlər səfərbər olunub, HAYTAP tərəfindən çöl çadırı qurulub.
Dağıntılar altından çıxarılan heyvanlar HAYTAP-ın qurduğu çadırda müalicə olunur. Qruplar dağıntılar altından çıxardıqları heyvanları müalicə üçün çadıra aparır.
Müalicəsi başa çatan heyvanlar sahiblərinə təslim edilərkən, sahibindən uzaq düşən heyvanlar isə sahibləndirilmək üçün HAYTAP-ın tabeliyində olan Bursadakı fermaya aparılacaq.
Busaat.az

























