
Türkiyədə güclü zəlzələ, 46 yaralı - Yenilənib
Türkiyənin Düzce rayonunda 5,9 bal gücündə zəlzələ olub.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 04:09-də baş verən zəlzələnin episentrinin yerin 6,81 kilometr dərinliyində olduğu bildirilib.
Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər və digər ətraf şəhərlərdə də hiss olunub.
Şəhərdə bir iş yeri dağılıb, bəzi iş yerləri və Düzce Ədliyyəsi də daxil olmaqla 7-8 bina zərər görüb.
İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Türkiyə Daxili İşlər naziri Süleyman Soylu hadisə ilə bağlı açıqlama verərək, hələlik hadisə nəticəsində ölüm halının qeydə alınmadığını bildiriblıər.
***
Baş verən zəlzələdə 22 nəfər yaralanıb.

























