
Türkiyədə koronavirusdan son sutkada bu qədər adam ÖLÜB
Türkiyədə koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər ölüb.
Busaat.az Türk mediasına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 15 118 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 23 231, ağır xəstə sayı isə 4501 nəfər olub.























