Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.44 $▼3.28%
  • WTI neft82.31 $▼2.87%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.372 $▲6.64%
  • Qızıl3 747 $▼1.04%
  • Gümüş45.29 $▼1.14%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda584.50 ¢▼3.43%
  • Bitcoin62 597 $▲0.58%
  • Ethereum1 770 $▲0.46%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Türkiyədə maska taxmaq məcburi oldu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin tövsiyəsinə və Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun olaraq, Daxili İşlər Nazirliyi 81 vilayət rəhbərliyinə “COVID- 19 Tədbirləri” mövzusunda təlimat göndərib.

Busaat.az “Hürriyet”ə istinadən xəbər verir ki, təlimatda bir sıra yeni qaydaların tətbiq olunacağı qeyd olunub. Belə ki, yeni qaydalara görə vətəndaşlar yaşayış məskənləri istisna olmaqla, ölkənin hər yerində (prospektlər, küçələr, parklar, bağlar, gəzinti sahələri, çimərliklər, ictimai nəqliyyat vasitələri, iş yerləri, fabriklər və s.) maska taxmalı olacaq.

Daxili həcminə görə fiziki məsafə qaydalarının tətbiq oluna bilmədiyi, şəhər içi nəqliyyat vasitələrində, məsələn mikroavtobuslarda sərnişinlərin ayaqüstə daşınmasına icazə verilməyəcək.

Restoran, kafe, otel və s. ictimai iaşə obyektlərində gecə saat 12-dən sonra heç bir halda musiqi səsləndirilməsinə icazə verilməyəcək.

Həmçinin təlimatda bölgə rəhbərliklərinin koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərə əməl etməyən hüquqi şəxslərə (müəssisələrə və s.) tətbiq olunan inzibati cərimələrin toplanmasında lazımi həssaslığı göstərəcəyi bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=17740