
Türkiyədə meşə yanğınına görə rus turistlər saxlanıldı
Türkiyənin Antalya şəhərində 7 rusiyalı turist saxlanılıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Antalyadakı Baş konsulluğu yayıb.
Məlumata əsasən, rusiyalı turistlər Çağlarca bölgəsində meşə yanğını törətməkdə təqsirli bilinərək Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.























