Türkiyədə 2020-2022-ci illərdə gözlənilən ömür uzunluğu 77,5, 2021-2023-cü illərdə isə 77,3 yaş olub.
Bakıvaxtı.az “İHA”ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Statistika Təşkilatı (TÜİK) 2021-2023 Həyat Cədvəlləri məlumatlarını açıqlayıb.
Məlumata görə, qadınların kişilərdən 5,3 il daha çox yaşadığı müəyyən edilib. Türkiyədə 30 yaşında bir insanın qalan orta ömrü 49,1 ildir. Bu müddət kişilər üçün 46,6 il olduğu halda, qadınlar üçün 51,5 ildir.
Türkiyədə həyat cədvəlləri 2013-cü ildən etibarən hər il inzibati qeydlərdən hazırlanır.