Türkiyədə pandemiyanın ikinci zirvəsi elan edildibackend

“Türkiyədə pandemiya ikinci zirvəsinə çatıb”.

Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib:

“Pandemiya davam edir, hər keçən gün daha çox yoluxma sayı olur. Biz birinci dalğanın ikinci zirvəsini yaşayırıq. Ankara, istanbul, İzmir, Bursa və daha bir neçə şəhər böyük risk daşıyan şəhərlər sırasındadır”.

Qoca, həmçinin, yoluxma sayında artımın Qaziantep, Şanlıurfa, Mardin, Ərzurum əyalətlərində də müşahidə olunduğunu deyib.

Qeyd edək ki, bu gün Türkiyədə 1596 nəfərdə koronavirus aşkarlanıb ki, bu da 15 iyundan bəri ən böyük sutkalıq göstəricidir. Ölkədə ümumilikdə 273 301 Covid-19 xəstəsi var, 6462 nəfər isə pandemiyanın qurbanı olub.