
Türkiyədə qaz qovşağı ideyası reallaşacaq - Rusiya XİN
Türkiyədə qaz qovşağı ideyasının həyata keçiriləcəyinə əminəm – bu, hamının: həm təbii qaz istehlakçılarının, həm də istehsalçılarının maraqlarına cavab verir.
Busaat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
“Qaz qovşağı açıq ideyadır. Ümid edirik ki, o, reallaşacaq. Yeri gəlmişkən, bu, hamının, həm qaz hasil edən ölkələrin, həm də istehlakçıların maraqlarına uyğun olacaq” – deyə, Qruşko qeyd edib.
O, Qərbin “yaşıl keçid”lə bağlı planlarını tənqid edərək, bərpa olunan işıq və istilik mənbələrinə keçidin insanların xəyal etdiyi kimi tez baş verməyəcəyini və buna görə də ən təmiz karbon yanacağı kimi qazın əsas enerji mənbəyi olaraq qalacağını vurğulayıb.
Busaat.az























