Türkiyədə sel qurbanlarının sayı artdı

image-karadeniz_sel2backend

Türkiyədə güclü yağışlar səbəbindən baş verən sel və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı artıb.

Busaat.az “NTV”yə istinadən xəbər verir ki, Bartında itkin düşmüş 85 yaşlı qadının cəsədi tapılıb. Bununla da, sel nəticəsində həlak olanların ümumi sayı 41-ə çatıb.

Bildirilir ki, Kastamonuda 34, Sinopda 6 nəfər həlak olub.

AFAD-ın məlumatına görə, 9 nəfərin xəstəxanada müalicəsi davam edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90