Türkiyədə silahlı insident baş verib, bir polis həlak olub

image-turk-polisibackend

İstanbulun Böyükçeşməcə rayonunda baş verən silahlı insident nəticəsində bir polis həlak olub.

Busaat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, iki nəfərin havaya atəş açması məlumatı üzərinə polislər hərəkətə keçib.

Nəticədə hadisə yerinə cəlb olunan və mənzildə əməliyyat-axtarış tədbirləri aparmaq istəyən polis əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib. Onlardan biri polislərə atəş açıb. Hadisə zamanı bir polis həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki