
Türkiyədə yeni neft yatağı kəşf edildi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin şimal-şərqindəki Qabar dağı bölgəsində yeni neft yatağının kəşf edildiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb.
Ərdoğanın sözlərinə görə, aşkar edilmiş neft ehtiyatlarının xalis həcmi 150 milyon bareldir. Onun sözlərinə görə, ehtiyatların təxminən 12 milyard dollar dəyərində olduğu təxmin edilir.
“Bu, 2022-ci ildə kəşf edilən 10 ən böyük yataqdan biridir” – deyə, Ərdoğan qeyd edib.























