
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 36 187 nəfərə çatıb
Türkiyədə baş verən dəhşətli zəlzələlər nəticəsində ölənlərin sayı 36 mini keçib.
Busaat.az bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir.
Fevralın 6-da baş verən zəlzələlərdə ölənlərin sayı 36 187 nəfəri keçib. 108 068 nəfər xəsarət alıb. İlk zəlzələdən indiyədək bölgədə 4300-dən çox yeraltı təkan qeydə alınıb”, – məlumatda deyilir.
Agentliyin məlumatına görə, təbii fəlakət zonasından 216 mindən çox insan təxliyə edilib.
Busaat.az























