
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 089 çatıb
Türkiyədə baş verən dəhşətli zəlzələlər nəticəsində ölənlərin sayı 45 min nəfəri keçib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) bəyanatında bildirilib.
Məlumata görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində ümumilikdə 45 089 nəfər ölüb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib.
Busaat.az























