
Türkiyədə zəlzələdə həyatını itirənlərin sayı 48 448-ə yüksəldi
Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 48 448-ə yüksəlib.
Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm naziri Ersoy ilə birlikdə Malatya Fəlakət Koordinasiya Mərkəzində açıqlama verən daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Soylu son açıqlamasında zəlzələlərdə həyatını itirənlərin sayının 48 min 448 olduğunu açıqlayıb.
Nazir Soylu həyatını itirənlərin 6 660 nəfərinin xarici ölkə vətəndaşı olduğunu qeyd edib. Onların əksəriyyətinin Suriya vətəndaşı olduğu bildirilib.
Busaat.az























