Türkiyədən Azərbaycandakı şəhid və qazilərin övladlarına jest – FOTO/VİDEO

image-sehidbackend

Vətən müharibəsində şəhid olanların və qazilərin övladlarına paylanacaq hədiyyələrlə dolu TIR “Hədiyyə Karvanı Qardaş Ölkə Azərbaycanda” layihəsi çərçivəsində Türkiyənin paytaxtı Ankaradan ölkəmizə yola düşüb.

Bu barədə “Son Dakika” xəbər yayıb.

Məlumata görə, hədiyyələr ilk olaraq iyunun 1-də Tovuz şəhərində şəhid və qazilərimizin övladlarına təqdim olunacaq.

“Vətən müharibəsində şəhid və qazi olan 6000 ailənin uşaqlarına hədiyyələr paylanacaq. İyunun 20-nə qədər Azərbaycanın müxtəlif yerlərində bu görüşləri gözəl xatirələrlə davam etdirəcəyik. On minlərlə hədiyyənin paylanacağı bu aksiyada bütün uşaqların sevinci, həyəcanı bizlər üçün xoşbəxtlik mənbəyi olacaq”,  – deyə Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini İsmail Ergünəş bildirib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90