“Türkiyədən kapital qaçışı artıb” – İqtisadçıdan açıqlama

“Türkiyədən kapital qaçışı artıb” – İqtisadçıdan açıqlamabackend

“2020-ci ilin I rübü Türkiyənin maliyyə sistemi üçün ağır olub”.

Busaat.az xəbər verir ki, bunu Türkiyənin mövcud maliyyə sisteminin vəziyyətini şərh edən iqtisadçı Samir Əliyev bildirib.

Samir Əliyev hesab edir ki, Türkiyənin maliyyə sisteminin vəziyyəti ürəkaçan deyil. Bunun kökü pandemiyadan qaynaqlanmasa da, pandemiyanın “töhfəsi” az olmayıb:

“Lirə üzərindəki təzyiq mart ayında da davam edib. I rübdə lirənin dollar qarşısında rəsmi məzənnəsi 10,5% ucuzlaşıb. Bunun səbəbini tədiyyə balansının pisləşən məlumatlarında görmək olar.

Mart ayında cari hesablar balansının kəsiri 4,9 milyard ABŞ dollarını ötüb. Halbuki ötən ilin martında kəsir cəmisi 120 milyon dollar olub. Ümumiyyətlə isə bu ilin I rübü üzrə kəsirin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə artaraq 416 milyon dollardan 7,6 milyard dollara yüksəlib. Kəsirin artmasına əsas səbəb ixracın azalması, idxalın isə artmasıdır. Ötən ilin yanvar-mart ayında əmtəə və xidmətlərin balansında mövcud olan 1,7 milyard dollar profisit cari ildə 5,2 milyard dollarlıq kəsirlə əvəz olunub”.

Samir Əliyev maliyyə hesabında da vəziyyətin ürəkaçan olmadığını bildirib:

“Ölkədən kapital qaçışı artıb. Bu hesab üzrə 2019-cu ilin I rübündə yaranmış 4,7 milyard dollarlıq profisit cari ilin analoji dövründə 6 milyard dollarlıq kəsirlə müşahidə olunub. Birbaşa investisiyalarda 2 milyard dollarlıq profisit qeydə alınıb. Ancaq portfel investisiyaları üzrə kapital qaçışı 6,3 milyard dolları ötüb. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə bu mənbə üzrə 8,4 milyard dollarlıq profisit yaranmışdı.

Bütün bunların nəticəsi olaraq 2019-cu ilin I rübündə valyuta ehtiyatlarını 3 milyard artırmağa nail olan Türkiyə bu ilin eyni dövründə 16,5 milyard dollar itirməli olub”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90