Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 643 $▲0.28%
  • Ethereum2 254 $▲0.06%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
İdman

“Türkiyəni də, Azərbaycanı da sevirəm” - “Qarabağ”ın yeni transferi

image-vbhggg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın Fransanın “Dijon” klubundan transfer etdiyi Yassif Benzia “CBC Sport” kanalına açıqlama verib.

Busaat.az  xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi qısa müddətdə komandaya uyğunlaşacağını deyib:

“Bütün “Qarabağ” ailəsinə təşəkkür etmək istəyirəm. Mesaj göndərən azarkeşlərə, məşqçilər heyətinə və bütün futbolçulara minnətdaram. Təəssüratlarım çox yaxşıdır. Hər keçən gün özümü daha yaxşı hiss edirəm. Yaxın müddətdə komandaya uyğunlaşmaq istəyirəm. “Qarabağ”ın güclü komanda olduğunu bilirdim. Çox gözəl oyun sərgiləyirik. Baş məşqçinin fəlsəfəsini bilirəm. Abdullah Zubirlə də danışmışdım. O, mənə komandanın çox yaxşı olduğunu demişdi. “Qarabağ”ın çempionat oyunlarının videolarını izlədim və özüm də gördüm ki, bu klubda vəziyyət kifayət qədər yaxşıdır”.

“Fənərbaxça” və “Hatayspor” kimi klublarda oynamış 28 yaşlı vinger Azərbaycan və Türkiyə arasındakı münasibətlərdən xəbərdar olduğunu bildirib:

“Bəli, bilirəm. İnternet və televiziyadakı videolarda görmüşdüm. Hər iki ölkənin bir-biri ilə yaxşı münasibəti var. Türkiyəni də, Azərbaycanı da sevirəm. İndi burada olduğum üçün çox xoşbəxtəm”.

Yassin Benzia “Qarabağ”dakı hədəfləri haqda danışıb və Konfrans Liqasının pley-off mərhələsində baş tutacaq “Gent”lə oyunları dəyərləndirib:

“Mənim hədəfim həmişə hər şeyi qazanmaq olub. “Qarabağ” bu ölkənin ən yaxşı komandasıdır. Həm çempion olmaq, həm də avrokuboklarda irəliləmək istəyirəm. Biz böyük komandayıq və hər şeyi qazanmaq istəyirik. “Gent” güclü rəqibdir, amma bizim şansımızın daha çox olduğunu düşünürəm. Bu oyunlara yaxşı hazırlaşırıq. Ümid edirəm ki, növbəti mərhələyə biz keçəcəyik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99190