Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.78 $▼3.99%
  • WTI neft82.70 $▼2.41%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.190 $▲0.89%
  • Qızıl3 774 $▼0.34%
  • Gümüş45.70 $▼0.24%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda603.25 ¢▼0.33%
  • Bitcoin64 612 $▼0.40%
  • Ethereum1 809 $▼0.74%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Türkiyənin Kabildən gizlicə qaçırdığı qadın kimdir? - FOTO

image-kabil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məşhur əfqan kinorejissor Sahra Kərimi üç ölkənin köməkliyi ilə Əfqanıstandan çıxarılıb.

Busaat.az xəbər verir ki, bu barədə Səhra Kərimi öz rəsmi tvitter hesabında məlumat paylaşıb.

“Sağam və təhlükəsiz yerdəyəm”, – deyə məşhur kinorejissor yazıb. Rejissor həmçinin ona ölkədən çıxmağa kömək edən Türkiyəyə, həmin dövlətin səfirliyinə, Ukrayna hökuməti, Xarici İşlər Nazirliyinə və Slovakiyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirdikdən sonra bir çox əfqan kimi Sahra Kərimi də öz həyatı üçün təhlükə yarandığını hiss edib. O, öz sosial media hesablarında Əfqanıstan küçələrində yaşanan qorxunu bütün dünyaya göstərmişdi və “Bizi öldürməyə gəlirlər”,- deyə qeyd etmişdi. Bunun ardınca səfirliklər və beynəlxalq qurumlar məşhur kinorejissorun və daha 11 nəfərin Kabildən qaçmasına kömək edib.

Xatırladaq ki, 35 yaşlı Sahra Kərimi Çexiya, Slovakiyada təhsil alıb və 2012-ci ildə yenidən Əfqanıstana qayıdıb. Hazırda ölkənin “Afgan Film” şirkətinin icraçı direktorudur və şirkətdə bu vəzifəni tutan ilk qadındır. O, eyni zamanda ölkəsində film sahəsində elmlər namizədi dərəcəsini alan yeganə xanımdır. Kərimi “Hava, Maryam, Ayesha”, “Parlika” və “Yer kürəsinə baxış” kimi məşhur filmlərin rejissorudur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=55255