
Türkiyənin minaaxtaran gəmiləri Qara dənizdə tapılan artilleriya mərmilərini məhv ediblər
Türkiyə Hərbi Dəniz Qüvvələrinin minaaxtaran gəmiləri ötən həftənin sonunda 30-a yaxın top mərmisinin tapıldığı Qara dənizin Şile bölgəsində çimərlik zonasına baxış keçirib.
Busaat.az bu barədə “TV-24” telekanalına istinadən xəbər verir.
Bazar ertəsindən Şilədə bütün çimərlikləri bağlanıb, əməliyyat qrupları sahilə və mərmilərin tapıldığı əraziyə baxış keçirib, sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Məlumata görə, iyulun 30-da səhər saatlarında dalğıclar Sofular bölgəsində Qara dənizin dibində 28 mərmi aşkar ediblər. Həmin gün 8 sursat yerli hərbi hissəyə çatdırılıb, qalanları isə məhv edilib.
Bildirilir ki, mərmilərin partlaması nəticəsində xəsarət alan olmayıb. Yerli sakinlərin evlərinə qayıtmasına icazə verilib, partlayışın davam etdiyi çimərliklər istisna olmaqla, digər çimərliklər açılıb.
Dalğıclar mərmi axtarışında sahilin digər ərazilərini də kəşf etmək niyyətindədirlər.
TRT TV xəbər verir ki, bunun üçün xüsusi texnikadan istifadə olunub.
İstintaqın fikrincə, bu mərmilər köhnəlmiş artilleriya sursatlarıdır və Ukraynanın Qara dənizdə üzən dəniz minalarına heç bir aidiyyəti yoxdur.
Busaat.az























