Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 437 $▼4.08%
  • Ethereum1 828 $▼5.18%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Türkiyənin NATO-ya üzvlüyünə 2023-cü ildə yenidən baxılmalıdır”

image-300422-turkiye-nato
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin NATO-ya üzvlüyü Rusiya ilə bağlı mövqeyinə görə sual altında olmalıdır.

Busaat.az Euro Weekly News-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

Bolton bazar ertəsi axşam “The Daily Telegraph”da dərc olunan məqaləsində əlavə edib ki, buna səbəb Türkiyə hakimiyyətinin Ukraynadakı münaqişə ilə bağlı sərt anti-Rusiya mövqe tutmaq istəməməsidir.

“Qərbin birliyi və qətiyyəti praktikada həqiqətən sınaqdan keçiriləcək. Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün heyrətləndirici qərar verdilər, lakin Rusiyanın ticarət və hərbi tərəfdaşları ehtiyac anında hələ də ondan imtina etməyiblər” – deyə, Bolton Türkiyəni hədəf alıb.

“Təəssüf ki, bura, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxildir” – deyə, Bolton bildirib.

O, həmçinin qeyd edib ki, Almaniyanın müdafiə xərclərini artırmaq niyyəti ilə bağlı bəyanatları hələ də baş tutmayıb:

“Almaniyanın 2023-cü ildəki müdafiə büdcəsi 2022-ci ilə nisbətən daha az olacaq”.

Onun sözlərinə görə, Almaniya üçün xüsusi yaradılmış fonddan 100 milyard avro məbləğində pul hələ də silah və hərbi texnikanın modernləşdirilməsinə sərf olunmayıb. Eyni zamanda, Trampın keçmiş köməkçisi qeyd edib ki, Ukraynadakı münaqişənin uzanması Qərbdə narazılığın artmasına səbəb olacaq.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95943