Kiyev şəhərində tikintisi davam edən Ukrayna-Türkiyə zavodunda yeni nəsil reaktiv pilotsuz uçuş aparatları istehsal ediləcək.
Busaat.az Publika.az-a istinadən xəbər verir ki, bunu Üçtərəfli Əlaqə Qrupunda Ukrayna nümayəndə heyətinin nümayəndəsi Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, zavodda həm Ukrayna, həm də Türkiyə PUA-ları, o cümlədən “Anka” pilotsuz uçuş aparatları istehsal ediləcək.
A.Arestoviç qeyd edib ki, plana əsasən zavod ilk məhsullarını gələn ilin sonunda buraxacaq.
publika.az