
Türkiyənin Suriya ilə münasibətləri Misirlə olduğu kimi yaxşılaşa bilər - Ərdoğan
Qahirə ilə olduğu kimi Ankara və Dəməşq arasında münasibətlərin yaxşılaşa biləcəyini istisna deyil.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu görüşdən çox sevindi, biz də sevindik. Ümid edirəm ki, Türkiyə ilə Misir arasında münasibətlərin normallaşması prosesi nazirlərimiz səviyyəsində davam edəcək. Növbəti prosesdə münasibətlərdəki gərginlik Misirlə olduğu kimi Suriya ilə də həll oluna bilər. Siyasətdə təhqirə yer yoxdur” – deyə, Ərdoğan TRT televiziyasında yayımlanan Konya şəhərindəki gənclərlə görüşündə bildirib.
Qeyd edək ki, Ərdoğan və əs-Sisi noyabrın 19-da Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimi ərəfəsində ilk şəxsi görüşlərini keçirib. Hər iki prezident bir-birini salamlayıb və əl sıxıb.
Busaat.az























