Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 775 $▲1.04%
  • Ethereum1 816 $▲2.69%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyənin Suriyadakı əməliyyatı ABŞ əsgərlərini təhdid edir - Pentaqon

image-aug2-3posts
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pentaqondan verilən açıqlamada Türkiyənin Suriyadakı əməliyyatının ABŞ hərbçilərinin təhlükəsizliyini birbaşa təhdid etdiyi bildirilib.

Busaat.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin PKK/YPG terror təşkilatına qarşı keçirdiyi “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı yeni açıqlama verib.

Pentaqonun Hərbi Hava Qüvvələri komandanı Pat Pyder tərəfindən imzalanan yazılı açıqlamada Türkiyənin Suriyadakı əməliyyatının ABŞ hərçilərinin təhlükəsizliyini təhdid etdiyi və İŞİD ilə illərdir davam edən müharibədə gərginliyi artırdığını qeyd edilib.

Açıqlamada vurğulanıb:

“Müdafiə Nazirliyi Suriyanın şimalında, İraqda və Türkiyədə gərginliyi artıran hərəkətlərdən dərin narahatdır. Bu eskalasiya Qlobal Koalisiya tərəfindən İŞİD-i zəiflətmək və məğlub etmək üçün illərlə davam etdirilən addımları zəiflədir. Suriyadakı son hava hücumları İŞİD-i məğlub etmək üçün Suriyada yerli tərəfdaşlarla işləyən ABŞ personalının təhlükəsizliyini birbaşa təhdid edib. Bundan əlavə, razılaşdırılmamış hərbi əməliyyatlar İraqın suverenliyini təhdid edir. İŞİD-i məğlub etmək tapşırığına diqqət yetirmək və İŞİD-i məğlub etmək missiyasında iştirak edən şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün dərhal gərginliyin azaldılması lazımdır. Bu hərəkətlər nəticəsində Türkiyə və Suriyada mülki vətəndaşların həlak olmasını pisləyir və başsağlığı veririk. Mülki infrastrukturun qəsdən hədəfə alınması ilə bağlı xəbərlərdən də narahatıq”.

Sonda ABŞ-ın Türkiyənin narahatlıqlarını anladığı və atəşkəsin təşkili üçün Türkiyə və yerli tərəfdaşlarla danışıqları davam etdirəcəyi qeyd edilib.
Reuters xəbər agentliyi bu bəyanatın ABŞ-ın Türkiyənin Suriyadakı əməliyyatına bu günə qədər verdiyi ən sərt reaksiya olduğunu bildirib.

Qeyd edək ki, PKK/YPG-nin bağlı olduğu Suriya Demokratik Qüvvələrinə dəstək verən ABŞ-ın Suriyanın şimalında 900-ə yaxın əsgəri var.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91895