
Türkiyənin terrora qarşı özünü müdafiə etmək hüququ var - İsveç XİN
Türkiyənin terrora qarşı özünü müdafiə etmək hüququ var.
Busaat.az xəbər verir ki, bu barədə Fransanın paytaxtı Parisdə Moldova üçün keçirilən beynəlxalq ianə konfransına qatılan İsveçin Xarici İşlər naziri Tobias Billström ölkəsinin “Expressen” qəzetinə açıqlama verib.
Türkiyənin Şimali İraq və Suriyada terrora son qoymaq üçün başlatdığı “Pəncə-Qılınc Hava Əməliyyatı”ndan danışan Billström deyib: “Türkiyə terror hücumlarına məruz qalan bir ölkədir və terror hücumlarına məruz qalan dövlətlərin özlərini müdafiə etmək hüququ var”.
Türkiyənin özünü terrordan qoruya biləcəyini qeyd edən Billström, mülki itkilərin qarşısını almaq lazım olduğunu bildirib.
Busaat.az























