Türkiyəyə daha 6,5 milyon doza peyvənd gətirildi – Fotolar

Türkiyəyə daha 6,5 milyon doza peyvənd gətirildi – Fotolarbackend

Türkiyənin Çindən sifariş verdiyi koronavirus peyvəndlərinin ikinci partiyasının daşındığı Pekin- İstanbul uçuşunu həyata keçirən təyyarə İstanbula çatıb.

Busaat.az  “Hürriyet”ə istinadən xəbər verir ki, Çin istehsalı “CoronaVac” peyvəndlərinin daşındığı Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə saat 06:15-də İstanbul Hava Limanına enib.

Peyvəndlərin saxlanıldığı konteynerlər gömrük prosedurlarından keçdikdən sonra təyyarədən götürülərək anbarlara aparılıb.

Təyyarədə 6,5 milyon doza peyvəndin olduğu, ümumilikdə ikinci partiya çərçivəsində isə daha 3,5 milyon doza peyvəndin gətirələcəyi qeyd olunub.

busaat cec83b456e1a237b571c2df179abe484 arfpl1q25juw3ny0kxi4 busaat 1d1a2ffbf173922f3cc87181086ad128 ut93wokgzrhq0b2sy1il busaat a94e134a02539130a86801570637bf5b qx87ei9ljtcgoy1sfa02 busaat 5d5affcac5452cb3654b39146aac3178 60ynoati41wsxev23cq8

Peyvəndlər təhlükəsizliyin yoxlanılması üçün 14 günlük sınaq müddətindən keçəcək. Bu 14 günlük mərhələdən sonra peyvəndlərin təhlükəsizliyi təsdiq olunduğu təqdirdə, təcili istifadəyə icazə veriləcək.

Qeyd edək ki, Türkiyədə 14 yanvardan etibarən 1 milyon 200 mindən çox insan koronavirusa qarşı peyvənd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki