
"Üçüncü Dünya Müharibəsi olacaq" - Elon Mask
Elon Mask Üçüncü Dünya Müharibəsi ehtimalı haqqında danışıb.
Busaat.az xəbər verir ki, bu barədə SpaceX və Tesla şirkətlərinin rəhbəri Elon Mask Twitter-də istifadəçilərdən birinə şərh olaraq bildirib.
“Qərb artıq Rusiyaya hər cür sanksiya tətbiq edib. Ona görə də onların itirəcək daha nəyi var? Əgər biz Rusiyaya nüvə zərbəsi endirsək, bizi nüvə bombası ilə vuracaqlar. Sonra isə Üçüncü Dünya Müharibəsi olacaq” –deyə, Mask şərhdə bildirib.
Busaat.az























