UEFA “Qarabağ”ın oyununu fərqləndirdi

image-163871_bf8r02pn0mbackend

Konfrans Liqasında yarımfinal mərhələsindən sonra mövsümün geridəqalan hissəsinin ən yaxşı oyunları açıqlanıb.

Busaat.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Qarabağ”ın qrup mərhələsinin 5-ci turunda “Omoniya” (Kipr) ilə matçı da “10-luq”da  yer alıb.

Həmçinin Görüşün 88-ci dəqiqəsində Patrik Andradenin Ağdam təmsilçisini önə keçirdiyi, 90-cı dəqiqədə isə Jordi Qomesin uzaq məsafədən fərqlənərək “Qarabağ”ın qapıçısını təəccübləndirdiyi yazılıb.

Qeyd edək ki, noyabrın 25-də Bakıda keçirilən “Qarabağ” – “Omoniya” görüşü 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90