Ukrayna ABŞ-ın etmək istəmədiyi “çirkli işləri görür” – Mark Esper

image-1381457backend

Rusiya ilə münaqişədə olan Ukrayna xalqı ABŞ-ın etmək istəmədiyi “çirkli işləri görür”.

Busaat.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper rus prankerləri Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarova (Lexus) deyib.

Prankerlər Petr Poroşenkonun adından Esperə zəng vurub və keçmiş nazirdən ABŞ-ın Ukrayna münaqişəsində iştirakı ilə bağlı fikrini soruşublar. “Ukrayna xalqı bizim ABŞ-da heç vaxt etmək istəmədiyimiz çirkin işləri görür, ona görə də biz sizə əlimizdən gələn hər şeylə, istər döyüş sursatı, istər silah, istərsə də kəşfiyyatla dəstək olmağa davam etməliyik”, – Esper deyib.

Esperin fikrincə, digər ölkələrdə, o cümlədən Afrikada da Rusiyanın təsir dairəsinin genişlənməsi ABŞ üçün problem yaradır.

Busaat.az

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki