
Ukrayna Ali Radası Saakaşvilini əfv etməyə çağırıb
Ukrayna Ali Radası Gürcüstan hakimiyyətini sabiq prezident və Ukrayna vətəndaşı Mixail Saakaşvilini əfv etməyə çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə “Qolos”un millət vəkili Yaroslav Jeleznyak məlumat verib.
Onun sözlərinə görə, 9491 saylı qərar layihəsi lehinə 285 səslə dəstəklənib. Mesajın mətnində onlar Gürcüstan prezidenti Salome Zurabişvilini Saakaşvilinin ağır fiziki vəziyyətini nəzərə alaraq onu əfv etməyə, habelə ona Ukrayna Ombudsmanının qəbuluna buraxılmağa çağırırlar. Rada həmçinin Aİ ölkələrinin parlamentlərini oxşar qərarlar qəbul etməyə və Saakaşvilini əfv etməyə çağırır.
Busaat.az























