
Ukrayna Avropa İttifaqına üzv olmağa layiqdir – Zelenski
Tarixdə ilk dəfə olaraq Avropa İttifaqı (Aİ) bu cür genişmiqyaslı hücumlara qarşı müdafiə yardımı ayırır.
Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Aİ-nin bu il ölkəsinə birliyə daxil olmaq üçün “namizəd ölkə” statusu verdiyini xatırladan Zelenski, “Ukrayna artıq bu statusa layiqdir” – deyə, bildirib.
Ölkəsinin Aİ-yə üzv olması lazım olduğunu vurğulayan Zelenski əlavə edib: “Artıq Ukraynanın AB-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağın vaxtıdır”.
Müharibənin ilk dövrlərində Rusiya qüvvələrinin paytaxt Kiyevə girməyə cəhd etdiyini, lakin Ukrayna ordusu tərəfindən dəf edildiyini bildirən Zelenski, “Ukrayna əsgərləri işğalçıları Kiyevdən qovdu və bu, tam hərbi əməliyyatda ilk dönüş nöqtəsi oldu” – deyə, qeyd edib.
Zelenski onlara dəstək verən ölkələrə təşəkkür edib və Ukrayna ordusunun bu silahlar sayəsində uğurlu əks-hücumlar həyata keçirdiyini bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna xalqı çoxdan arzuladığı qələbəyə doğru irəliləməkdə davam edir.
Busaat.az























