
Ukrayna bayrağı Aİ-yə üzv ölkələrin bayraqlarına bərabər olacaq - Zelenski
“Ukrayna bayrağı mütləq şəkildə Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin bayraqlarına bərabər olacaq”.
Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Ukrayna prezidenti Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı videomüraciətlə Ukrayna xalqına müraciət edib və ölkəsində Rusiyaya qarşı davam edən müharibə ilə bağlı dəyərləndirmələr edib.
Volodimir Zelenski təhlükəsizlik qüvvələrinin rəsmiləri ilə görüşdə Rusiya-Ukrayna müharibəsində ən şiddətli toqquşmaların baş verdiyi Donetsk bölgəsindəki son vəziyyəti müzakirə etdiklərini bildirib.
Digər tərəfdən, Zelenski Aİ-yə üzv ölkələrin liderləri ilə telefon danışığı apardığını və Ukraynanın Aİ ilə inteqrasiya prosesində dəstəklənməsi məsələsini dəyərləndirdiklərini bildirib.
“Ukrayna bayrağı mütləq Aİ-yə üzv ölkələrin bayraqlarına bərabər olacaq” – deyə, Zelenski Ukrayna xalqına vəd verib.
Busaat.az























