
Ukrayna böhranı Qərbin Kiyevə dəstəyi ilə 2023-cü ilə daha da artacaq - Hulusi Akar
Ukrayna münaqişəsi digər amillərlə yanaşı, ABŞ və Avropanın Kiyevə dəstəyi sayəsində gələn il də davam edəcək.
Busaat.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
“Görünür, bu müharibə asanlıqla bitməyəcək. ABŞ, Avropa və Qərbin Ukraynaya dəstəyi davam edir. Buna uyğun olaraq Ukrayna qoşunlarının təlimi davam edir, planlar qüvvədə qalır və müharibəyə maddi yardım ayrılır” – deyə, Akar qeyd edib.
“Digər tərəfdən, Rusiyadan da açıqlamalar var. Bunu bir araya gətirsək, bütün xoş niyyətlərimizə və atəşkəs və sülhün bərqərar olması istəklərimizə baxmayaraq, bu müharibənin böyük ehtimalla 2023-cü ilə daha da artacağını söyləmək səhv olmaz” – deyə, türk nazir əlavə edib.























