Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 113 $▲1.56%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Ukrayna da Makronu BİABIR ETDİ - Fransa liderinə TƏRS ŞİLLƏ

image-makron
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransa lideri Emmanuel Makron Qərb liderlərini Putinlə “masa ətrafında” danışıqlar aparmağa çağırıb. Makron Ukraynada müharibə başlayandan sonra Qərbin Moskva ilə diplomatik kanalları açıq saxlamasının vacibliyini vurğulayıb. Bundan başqa, Fransa prezidenti ukraynalı həmkarını Putinlə sülh danışıqlarının mümkünsüzlüyü ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə səsləyib.

Busaat.az musavat.com-a istinadən bildirir ki, Fransa liderinin bu çağırışına Ukraynanın cavabı gecikməyib.

Volodimir Zelenskinin müşaviri Mixail Podolyak Makrona sərt reaksiya verib.

Podolyak Ukraynanın qəsəbə və şəhərlərinin hücuma məruz qaldığı bir vaxtda “Kreml diktatoru” ilə danışmağı düşündüyünə görə onu qınayıb.

Zelenskinin müşaviri vurğulayıb ki, Makronun bu sözləri onun Rusiya işğalını “tamamilə səhv başa düşdüyünü” göstərir:

“Belə bir addım yalnız Moskvanın xeyrinə olacaq. Makronun Ukrayna xalqının Rusiyanın qarşısında heç vaxt diz çökməyəcəyini bilməsi vacibdir. Ukrayna yenə də müqavimət göstərəcək. Əgər o, (Makron) ölkəmizdə uşaqların öldüyünü görmək və əlavə yardım etmək əvəzinə gözləmək istəyirsə, gözləsin”.

“Daily Mail” bu açıqlamanı “Ukrayna Fransa prezidenti Emmanuel Makrona şillə vurdu” başlığı ilə oxucularına təqdim edib.

Xatırladaq ki, Makron daha əvvəl də oxşar çıxış etmiş, “Rusiyanı aşağılamamalıyıq” demiş, gələn reaksiyalardan sonra geri addım atmalı olmuşdu.

Həmin vaxt Kiyevə səfər edən Fransa lideri Zelenski tərəfindən yaxşı qarşılanmamışdı. İki liderin əl sıxdığı zaman çəkilən fotoda Zelenskinin narazı üz ifadəsi dünya mediasının gündəminə gəlmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88594