Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 500 $▲2.17%
  • Ethereum1 833 $▲3.67%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ukrayna əsgərləri Rusiyanın tərəfinə keçir?

image-vladimir-rogov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Zaporojye istiqamətində getdikcə daha çox Ukrayna əsgəri Rusiya tərəfinə keçməyə üstünlük verir.

Busaat.az xəbər verir ki, bu iddianı “Biz Rusiya ilə birlikdəyik” hərəkatının lideri Vladimir Roqov səsləndirib.

“Getdikcə daha çox ukraynalı qarşı tərəfə keçməyin yolunu axtarır”, – o, “Solovyov Live” verilişinə müsahibəsində deyib.

Roqov bildirib ki, bir və ya beş əsgərdən danışmır: “Ukrayna prezidenti Volodimir Zelenski rejimi üçün döyüşmək, öldürmək və nəhayət, ölmək istəməyən ondan çox əsgər var. Müdafiə məntəqələrində olan əsgərlərimiz də təslim olmaq istədiklərini deyən bu qədər insanı görəndə çaşqınlıq içində qalırlar”.

Roqov daha əvvəl TASS-a bildirib ki, Zaporojye vilayətində təmas xəttinə geri çəkilmə əleyhinə bölmələr kimi yerləşdirilən “Kraken” və “Azov” millətçi batalyonlarının yaraqlıları dekabrın ortalarından etibarən Ukrayna ərazi müdafiə bölmələrinin 7 əsgərini öldürüb, 18 əsgərini yaralayıb. Ukrayna tərəfi bununla belə, bu əsgərlərin döyüş əməliyyatları zamanı həlak olduğunu bildirir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97395