
Ukrayna eyni tempdə davam edərsə, tezliklə uğur qazanacaq - Ursula fon der Leyen
Ölkədə islahatlar indi müşahidə olunan templə davam edərsə, Ukrayna tezliklə Avropa İttifaqına üzv olaacaq.
Busaat.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen deyib.
“Ukraynanın irəliləmə sürəti inanılmazdır. Bu, nailiyyətlərə əsaslanan bir prosesdir və biz Ukraynanın həvəs və intensivliyindən sonra ölkənin Avropa İttifaqına doğru necə irəlilədiyini görürük”, – deyə fon der Leyen bildirib.
“Əminəm ki, tempdə davam etsələr, tezliklə uğur qazanacaqlar. Bu, lazımi şərtlərə əməl etsəniz, Aİ üzvlüyünə necə tez nail olmağın inanılmaz nümunəsidir”, – diplomat qeyd edib.
Busaat.az























