Ukrayna Gerasimova sui-qəsd təşkil etdi: ABŞ mane oldu

image-gerasimov-reuters-660x430backend

Rusiyanın Ukraynaya təcavüzü təxminən 10 ayı geridə qoyarkən, ABŞ mətbuatı diqqət çəkən bir iddia ilə çıxış eidb.

Busaat.az xəbər verir ki, gizli xəbərlərə, adı açıqlanmayan ABŞ rəsmilərinə və Rusiya hərbi mənbələrinə əsaslanan xəbərə görə, Ukraynanın Rusiya Baş Qərargah rəisi Valeriy Gerasimovu öldürmək planı ABŞ və Kiyev arasında böyük böhrana səbəb olub. Qeyd olunub ki, Vaşinqton Ukraynanın aprel ayında Gerasimovu öldürmək üçün hücuma keçmə planından xəbər tutaraq, Kiyevi bunu etməməyə razı salmağa çalışıb.

Gerasimovun aprel ayında Ukraynadakı hərbi hissələrə gedəcəyi ilə bağlı kəşfiyyat məlumatı alan ABŞ-ın Kiyevə mümkün hücumla müharibənin nəzarətdən çıxacağından ehtiyat edərək bu məlumatı Ukraynadan gizlətdiyi bildirilib. Digər tərəfdən, mənbələrə görə, Ukrayna plandan xəbər tutanda ABŞ Kiyevi Gerasimova qarşı sui-qəsd etməməyə razı salmağa çalışıb.

New York Times-a danışan yüksək rütbəli ABŞ rəsmisi Ağ Evin dərhal müdaxilə etdiyini qeyd edib: “Biz onlara bunu etməmələrini söylədik. Biz bunun çox ağır nəticələrə səbəb olacağını bildirdik”.

Ancaq xəbərlərdə Ukraynanın ABŞ-ın istəklərinə zidd olaraq sui-qəsdə cəhd etdiyi, Gerasimovun yerinin düzgün müəyyən edilmədiyi üçün rus komandirə zərər verilmədiyi qeyd edilib. Digər tərəfdən, sui-qəsd ehtimallarına görə rus komandirlərin cəbhə xəttinə səfərlərdən imtina etdiyi bildirilib.

Şərqdə Rusiyanın dəstəklədiyi separatçıların yerləşdiyi Donbasda son həftələr toqquşmalar intensivləşib. Rusiya da son günlər paytaxt Kiyev də daxil olmaqla bir çox şəhərlərə raket hücumlarını artırıb.

Ukrayna hökuməti iddia edir ki, Rusiya yeni ildə Kiyevi hədəf alan böyük quru əməliyyatına hazırlaşır. Prezident Volodimir Zelenski deyib ki, Rusiya yanvarda hərtərəfli hücuma keçə bilər.

Ukrayna hərbi rəsmiləri son aylarda Kiyev ətrafından geri çəkilən Rusiya ordusunun yenidən minlərlə əsgərlə Kiyevi işğal etmək üçün hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki