
Ukrayna Gürcüstan səfirinə 48 saat ərzində ölkəni tərk etməyi tapşırıb
Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili Ukrayna XİN-ə çağırılıb, ona Gürcüstanda həbsdə olan Ukrayna vətəndaşı Mixail Saakaşvilinin vəziyyətinin xeyli pisləşməsi ilə bağlı kəskin etiraz bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
“Səfirin nəzərinə çatdırılıb ki, Mixail Saakaşviliyə qarşı belə münasibət qətiyyən yolverilməzdir. Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşlarına qarşı terroru dayandırmalıdır”, – məlumatda deyilir.
Bununla bağlı Gürcüstanın Ukraynadakı səfirinə məsləhətləşmələr üçün Tbilisiyə qayıtması təklif olunub.
“Ukrayna Saakaşvilinin müalicə üçün Ukraynaya köçürülməsi məsələsini dərhal müzakirə etməyə hazır olduğunu bildirib”, – agentlik qeyd edib.
Busaat.az























